SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli musiqi alətləri ilə yaradılmış "Amarok” musiqi qrupu Azərbaycana həsr etdiyi "İncilər” musiqisini ekranlaşdırıb.

BAKU.WS
-in Turan TV-yə istinadən verdiyi məlumata görə, musiqidə Fikrət Əmirovun "Kor Ərəbin mahnısı” və "Qarabağ inciləri” bəstələrindən parçalar və ritmik musiqilərdən istifadə olunub. Həmin kompazisiyada zurna və tar aləti ilə müasir ritmlərin sintezi də əksini tapıb.

Kompazisiyada həmçinin "Yallı” abu-havası var. Musiqinin həzin yerlərində Azərbaycanın "Yanardağ”, "Atəşgah” və digər tarixi məkanlarından da görüntülər nümayiş olunub. Klipin süjet xəttindı maraqlı görüntülər yer alıb. Belə ki, əcnəbi görünüşlü bir qız Bakı kücələrində gəzir və həmin məkanların şəkillərini çəkir. Bakını gəzdikcə özünü milli abu havada hiss edir və milli geyimdə görünür.

Klipin rejissoru Nail Naiboğlu, operatoru Rauf Qurbanəliyev, montajı Emin Muradov, layihənin rəhbəri isə Tural Huseyndir.

BAKU.WS