SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Murad Dadaşov yeni rəhbər təyin olunduğu Xəzər TV-nin daimi qonaqları olan populyar müğənnilər Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla, Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimov kimi müğənnilərin efirə çıxmasına qadağa qoyub.

BAKU.WS xəbər verir ki, Tovuzlu Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib.

İfaçı açıqlamasında bu sözləri deyib: "Bu yazılan şayiələrə inanmayın, çünki mənim Xəzər TV ilə heç bir problemim yoxdur, ola da bilməz. Əgər Murad bəy belə bir qərar verərsə, canı sağ olsun. Ona böyük hörmətim var".

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı hazırladığı həftəlik planda dəyişiklik edərək ifaları ilə müzakirələrə səbəb olan ulduzları siyahıdan çıxarıb. Hətta Zaur “5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb: “Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”.

Aysel
BAKU.WS
VİDEO