Əməkdar artist Röya Ayxan "Əməkdar artist" fəxri adının medalı təqdim olunub. 
 
BAKU.WS məlumat verir ki, bu haqda müğənni medalın fotosunu Instagram hesabında paylaşıb və təşəkkürünü bildirib: 

"Mənə göstərilən etimada görə təşəkkür edirəm. Hər kəsi təbrik edirəm".
 
Qeyd edək ki, Röya Ayxan prezident İlham Əliyevin sərəncamı ilə 30 dekabr 2015-ci il tarixində "Əməkdar artist" fəxri adına layiq görülüb. Fəxri adın medalı isə müğənniyə ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub.
 
BAKU.WS