VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı ulduzların qatılacağı 46-cı “Altın kelebek” mükafatının təqdimat mərasimi təxirə salınacaq.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb isə ötən gün Türkiyənin Suriya ilə sərhədində xeyli sayda əsgərin şəhid olmasıdır. 

Hazırda təşkilatçılar məsələ ilə bağlı danışıqlar aparırlar. Onlar belə bir gündə əyləncəli tədbirin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər.

Bu gün keçirilməsi planlaşdırılan tədbirdə Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yəhyayeva, Gülay Zeynallı, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə gedib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı 33 hərbi qulluqçusu şəhid olub, 32 əsgər isə yaralanıb.

BAKU.WS