VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"Axırıncı yol" filminin Nizami Kino Mərkəzində qala gecəsi keçirilib. 


BAKU.WS məlumat verir ki, "Bosbash pictures" komandasının birgə ərsəyə gətirdiyi film "İLK Media" şirkətinin istehsalıdır. Emil Abdullayevin rejissorluğu ilə çəkilən filmin quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənidir. 

Filmdə "Bozbash pictures"in aktyorları Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli rol alıblar. 
 
BAKU.WS-ə açıqlamasında İlkin Həsəni filmin çəkilişlərinə ötən ilin iyun ayından başladıqlarını bildirib:
 
"Çox əziyyət çəkdik və o əziyyətin bəhrəsi olaraq biz bu gün bütün tamaşaçıları, dostlarımızı, yaxınlarımızı bura dəvət edib filmimizi nümayiş etdirəcəyik. Film ailəvi filmdir, +12 siqmentindədir. Ancaq istənilən yaş həddində olan insanlar bu filmi izləyə bilər. "Bosbash pictures"dəki komandamızla birgə çəkilmişik, həmin obrazlar olduğu kimi qalıb, sadəcə həmin obrazların üzərində bəzi dəyişikliklər etmişik".

Məlumat üçün qeyd edək ki, "Axırıncı yol" martın 1-dən kinoteatrlarda nümayiş olunacaq. 
 
Ayşən Ayxan 
Foto: Elşən Arif
BAKU.WS