SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tolik Seymur Baycanın kitabının nəşri ilə bağlı müraciətinə münasibət bildirib.
  
BAKU.WS məlumat verir ki, prodüsser deyib ki, Seymur Baycan məbləği açıqlayacağı təqdirdə onu maliyyələşdirəcək:

"Seymur Baycanı şəxsən tanımıram, amma 2 il əvvəl mənim haqqımda məqalə yazmışdı. Düzdü, məni həm tənqid etmiş, həm də xoşniyyətli fikirlərini irəli sürmüşdü. Sənəti olan insanlar hər zaman başqasının uğuruna sevinmir. Düşünür ki, niyə mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq başqalarının imkanı var.  Dünən gəlmiş, heç bir universitet bitirməyən birinin indi maşını, evi olur. Amma bu Allahın verdiyi ruzidir. İndiki imkanlı daydaylara kitab, kino, teatr maraqlı deyil. Onlara xanım müğənni lazımdır. Yanlarında ora-bura getsinlər. İndi Seymur bəy kitabının çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacam onu maliyyələşdirim".

Qeyd edək ki, Seymur Baycan kitabını nəşr etdirmək üçün facebook hesabında müraciət yazıb: "Bir kitab var, nəşr olunmalıdı. Kim kitabın nəşrini maliyyələşdirə bilər? Başa düşürəm böhrandı, iqtisadi çətinliklər var. Bununla belə, düşünürəm bəlkə kimsə kömək edər. Olmasa da problem deyil. Hansı xalqa mənsub olduğumu, kimlərin arasında yaşadığımı bir daha dərk edərəm. Trotski demişkən reallığı dərk etmək qələbənin yarısı deməkdir".
 
BAKU.WS