SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı gənc ifaçı Çingiz Mustafayev "Ukraynanın Səsi" musiqi yarışmasında ilk səhnəsinə çıxıb.
 
BAKU.WS məlumat verir ki, Çingiz yarışmaya Gipsy Kingsin "Bamboleo" mahnısı ilə qatılıb. Həmyerlimiz səhnədə mahnını ifa edərkən gitarasında problem yaranıb. Buna baxmayaraq Çingiz ifasına səhnədə olan musiqiçilərin müşayiəti ilə davam edib. O, münsiflərin dördünü də döndərməyi bacarıb. Çingiz münsiflərdən Svyatoslav Vakarçuku seçərək onun komandasına daxil olub.
 
Qeyd edək ki, "Ukraynanın səsi" musiqi yarışmasında münsiflər kürsüsündə Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenko (Potap) əyləşib. 
 
BAKU.WS