SİZİN REKLAM BURADA!
055 213 76 73


"Harada qoşa villa varsa, guya bizimdir". Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova söyləyib.

BAKU.WS xəbər verir ki, sənətçi bacılar ARB-nin "Ona qalsa" proqramında qonaq olarkən barələrində gəzən şayiələrə aydınlıq gətiriblər.

Gülyanaq xanım villalarının olmadığını açıqlayıb: 

"Kim olanını danar. Şayiələr gəzir ki, Qubada, Şamaxıda, Sulutəpədə, Biləcəridə, nə bilim hər yerdə. O villalar bizim deyil. Bizim heç həyət evimiz yoxdur. Düzdür, kənddə atamın yurdu var, gedəndə oradan doymuruq. Düzdür, səhv etmişik, vaxtında burada bir həyət evi almamışıq. Yayda balalarımı istəyirəm, bir həyət evinə aparım, yoxumdur. Hərəmizin 3 otaqlı evi var, Gülyazla yanaşı yaşayırıq".

Aysel
BAKU.WS
VİDEO