SİZİN REKLAM BURADA!
055 213 76 73


Boşandığı həyat yoldaşının 18 bıçaq zərbəsi vurduğu qadın sağ qalıb. 38 yaşlı Ülviyyə sağ qalsa da, 2018-ci ilin oktyabr ayından əlil arabasındadır.

BAKU.WS xəbər verir ki, əlil arabasına məhkum olmuş iki uşaq anası Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib. Onun 14 və 13 yaşlarında uşaqları var.

Ülviyyə 2012-ci ildə rəsmən boşanıb. Bu illər ərzində ata aliment vermədiyindən Ülviyyə uşaqların vəlayətini tam olaraq almaq məqsədilə məhkəməyə üz tutub. Onun bu addımı keçmiş ərini qəzəbləndirib və axşam işdən evə gələrkən əri küçənin ortasında onu 18 bıçaq zərbəsilə yaralayıb. Həkimlər onun sağ qalmasını möcüzə adlandırıblar.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO