SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Faiq Ağayev Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" proqramının qonağı olub.

BAKU.WS xəbər verir ki, aparıcının suallarını cavablandıran müğənni Azərbaycanda qadın olmağın çətinliyini dilə gətirib:
"Azərbaycanda qadın olmaq çətindir. Ona görə ki, 12-13-14-15-16 yaşın olan kimi tutub ərə verirlər. Uşaq hələ dünyanı dərk etməmiş zorla onu dinə gətirirlər. Biz həmişə Azərbaycanla Şərqdə qadına seçki hüququnu verən ilk ölkə olması ilə fəxr etmişik. Lakin bu gün deklorativ olaraq qalıb. Bəzi dəyərlər var ki, bu gün qadını hüquqsuz edir. Qadının taksiyə tək minməsi belə müzakirə olunur. Bir-iki nəfər əxlaqsıza görə hər taksiyə minən qadın pozğundur? O vaxt nənələrimiz papiros çəkib, içki içiblər. Heç kim onlara əxlaqsız kimi baxmayıb. Üstəgəl bunu sənət üçün deyirlərsə, o adamı tikə-tikə didmək lazımdır".

BAKU.WS
VİDEO