SİZİN REKLAM BURADA!
055 213 76 73


“Altın Kelebek” mükafat mərasimində “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına namizəd olan müğənni Elçin Cəfərov qalmaqallı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, sənətçi "İnstagram"da təşkilatçıların kişi sənətçilərə qarşı haqsızlıq etdiyini yazıb:

“Təşkilatçılar, sözüm sizədir! Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyd davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa bilmədiyimiz nə baş verir?

Ən son danışığımızda isə bu sözü eşitdik: "Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur". Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb ümidlə mənə səs göndəriblər.

Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin”.

 

BAKU.WS