SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Talıb Tale nişanlısından ayrılıb.

BAKU.WS xəbər verir ki, ifaçı bu barədə 5/5 proqramında danışıb.

Talıb bildirib ki, ilyarım nişanlı qaldıqdan sonra hər ikisi bərabər ömür sürə bilməyəcəklərini anlayıblar və ayrılmağa qərar veriblər:

“Xeyli müddətdir ki, gizlədirdim. Ötən ilin payızında ayrılmışıq. Çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Uzaqdan qohumluğumuz var, bu barədə çox danışmaq istəmirəm. Xasiyyətlərimiz uyğun olmadı. Biz sevgi ilə yox, məntiq üzərində ailə quracaqdıq. Nişanın qaytarılmasını qarşı tərəf istədi. Biz də mədəni insanlar kimi danışdıq və ayrıldıq".

Xatırladaq ki, T.Talenin nişanı 2018-ci ilin mayında olmuşdu.

BAKU.WS
VİDEO