VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB-də yayımlanan "Elgizlə izlə" proqramında özünü Əməkdar artist Zakir Əliyevin bacısı qızı kimi qələmə verən gənc qadının yalan danışdığı məlum olub.

BAKU.WS xəbər verir ki, dəri xəstəliyindən əziyyət çəkən ərinin müalicəsi üçün maddi dəstəyə ehtiyacı olan Ayşən proqramın əməkdaşlarına Z.Əliyevin onun dayısı olduğu bildirib. 

Verilişdə qonaq qismində iştirak edən jurnalist Tahirə Məmmədqızı həmin xanımın Əməkdar artist Zakir Əliyevin bacısı qızı olduğunu açıqlayıb.

Ayşən dayısının adının çəkilməsinə etiraz etsə də, jurnalist onu dinləmək istəməyib. Hər kəs dayının bacısı qızının problemindən bixəbər olmasını pisləyib.

Z.Əliyev efirdən sonra T.Məmmədqızı ilə əlaqə saxlayaraq Ayşənin doğma dayısı olmadığını bildirib. Tahirə efirə gələrək Əməkdar artistin adını açıqladığına görə peşiman olduğunu dilə gətirib. Qadın da növbəti efirdə yalan danışdığını etiraf edib.

BAKU.WS
VİDEO