VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi Şəbnəm Tovuzlu olub.

Şəbnəm Tovuzlu burnu havada olan həmkarlarına ismarıc göndərib:

“Eqoistliyi, yekəxanalığı sənətçiyə yaraşdırmıram. Əsl sənətini sevən, xalqı düşünən sənətçi heç vaxt xalqa qarşı burnunu dik qaldırmaz. Mən bunu belə bilib, belə görmüşəm. Ona görə də bəzilərinin hərəkətlərini heç sevmirəm”.

Müğənni əsl ulduz olmağın sirlərindən də danışıb:

“Əsl ulduzluq odur ki, sadə olasan. Sadə insanlara, səni sevənlərə sevgini göstərəsən. Tanımadığım insanlar mənə yazırlar ki, filan geyiminizi çox bəyəndim və s. Hətta bu yaxında bir qız yazıb ki, filan vaxtı mənim doğum günümdür, sizin filan geyimizi çox sevirəm, əgər geyinmirsinizə, mənə hədiyyə etsəniz, xoş olardı, doğum günümdə geyinim.

Tez mesaj bölməsinə yazdım ki, əlbəttə, o nə deməkdir. Hətta 1 geyim yox, 3 geyim göndərdim ona. Bədən ölçüləri mənim kimi 42, 40 geyinirdi. Qız necə sevinirdi.

Mağazalara, butiklərə qonorar qarşılığında çəkilişə gedirəm. Axşamdan paylaşıram ki, filan mağazada olacam əzizlərim, buyurub gələ bilərsiniz və onlar gəlirlər. Elə olur ki, öz büdcəmdən onlara hədiyyələr alıb verirəm.

İnanın ki, maşınla gedəndə işıqforda dayanıram. Digər avtomobil saxlayır, pəncərəni aşağı salıb, mənim mahnıma yüksək səs verib özünü göstərir. Mən çevrilib ən azından təşəkkür edirəm. Tıxacda balaca uşaqlar məni görəndə telefonu çıxarıb çəkirlər, mən onlara öpücük göndərirəm”.

BAKU.WS
VİDEO