SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı və Vaqif Şıxəliyev olub.

Vaqif Şıxəliyevin verilişdə “Mən bayağı, toy mahnılarını oxuyan ifaçı deyiləm” açıqlaması Afət Fərmanqızını özündən çıxarıb:

“Müğənni deyildim, ev qızı olan vaxtı, həyatım da düz gətirmədi, boşandım, 1 uşaqla evə gəldim. Qohum-əqrəbada adam yerinə qoyub toya çağıran olmurdu. "Kasıbdır, kimə lazımdır" deyilirdi. Hələ bir-iki vedrə də bağlayırdılar. Pullanandan sonra mənsiz qız vermirlər, mənsiz qız almırlar.

Zəng edirlər ki, sən hansı gün boşsan, hansı günə salaq? Deyirəm ki, əl çəkin də məndən. Bəs mən yaxşı qız deyildim, indi yaxşı oldum? Əksinə, indi yaxşı deyiləm, o vaxt saf idim. Mərdi qovub namərd edirlər.

Görürəm ki, mənə pula görə hörmət edib çağırırlar, mən də görürəm ki, pullu olmaq yaxşıdır. Gedib kiminsə cibini oğurlayıb qaçmıram. Gecə səhərədək studiyada xəstə canımla mahnı yazdırıram.

Yazdırıb, xəstə-xəstə gedib onu oxuyuram izləyicilər üçün ki, yeni mahnı ilə qarşılarına çıxım. Əziyyətlə qazandığımın adına Vaqif “bayağı” deyir”.

BAKU.WS
VİDEO