SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

İlk olaraq əməkdar artist xəstəlikdən əziyyət çəkdiyini deyib:

“Xəstəliyimlə bağlı arıqlayıram. Xəstəlik deyəndə pis xəstəliklər başa düşülməsin. Zobum var deyə udmağımda problem var. Pəhriz saxlamıram”.

Sənətçi daha sonra qızını köçürəcəyi ailədən danışıb:

“Qızımın 22 yaşı var. Nə qədər savad da alsa, 22 yaşı var. Avropaya gedir, nə yeyəcək, nə içəcək... Guya bu, ailəyə baxacaq. Gülməyim gəlir ki, bu hələ uşaqdır. Sonra fikirləşirəm ki, uşaq deməklə deyil, getsin, bərkdən, boşdan çıxsın. Bəs nə vaxt ailə olacaq?

Oğlanın evi ayrıdır. Amma qayınanası və qayınatası var. Mən qayınanasına demişəm ki, nəzarətin onların üzərində olsun. Kürəkənim çox mədəni və kübardır”.

BAKU.WS
VİDEO