Elza Seyidcaha yenə fərqli imici ilə gündəmə gəlib.
 
BAKU.WS məlumat verir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişində qonaq olan müğənni saçını bantik formasında yığdırıb. Müğənni bildirib ki, o bununla yenə digərlərindən fərqli olduğunu sübut edib. 
 
Sənətçi verilişdə Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə bəstələdiyi mahnısını oxuyub. Şeiri isə əməkdar artisti Hüsniyyə Mürvəttova səsləndirib.
 
Qeyd edək ki, Elza Seyidcahan tez-tez qeyri-adi imici ilə gündəmə gəlir. 
 
BAKU.WS