SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Dana Durdana olub.

Hər zaman pozitiv rəqsləri ilə diqqət çəkən sənətçi göz yaşları içində 12 ildir, üzünə həsrət qaldığı oğlundan söhbət açaraq yaşadığı çətin həyatı danışıb:

“8 il xərçəng xəstəliyindən əziyyət çəkmişəm. Artıq 17 yaşımda bilirdim ki, xərçəngəm. Yaşım az idi, imkanım yox idi deyə övladımı götürüb baxdılar. Bala dərdi çəkmişəm yetəri qədər. Sumqayıtda balam öz atası ilə böyüyür, sadəcə o balanı öz mühitlərində böyüdürlər. Atası evlənməyib, 47 yaşı olacaq. Mənim 34 yaşım var, o mənim dayım oğludur.

Uşağıma atasıgil yaxşı baxır. Bəzi nüanslar var. Məni ana kimi sındırdılar. Həyatın bir qanunu var. Anadan sınmışdım, baladan da sındım. Yenə də övladımı gözləyirəm. 12 ildir ki, mən balamdan ayrıyam. Onu görməyə çox cəhd etmişəm. Kiçik övladımın adını ona uyğun qoymuşam. Böyüyün adı Murad, balacanın isə Maraddır. Mən o övladımı xərçənglə dünyaya gətirmişəm.

Amma ayırdılar, məni də Allah anamdan ayırdı. Çox pis oldum, mənə dağ çəkildi. 4 yaşından balamı imkan olub deyə götürüblər. Mən sadəcə demişəm ki, saxlayırsınızsa, ana kimi gəlim baş çəkim, sonra çıxım gedim. Onu da mənə çox gördülər. Oğlumun artıq 7 yaşı var idi. Mən tək, onlar çox idilər. 12 il bundan öncə yetim qızın əlindən ona məxsus bir şeyi aldılar.

Amma analıq adını almaq olmaz. İndi mənim yaralı yerimdir. Adətən mənimlə kimsə dalaşanda o yaralı yerimə ayaq basır. Axırıncı dəfə böyük oğluma sual verildi ki, istəyirsənsə, ananla çıxıb gedə bilərsən.

Dedi ki, bu qadını qovun, çıxsıb getsin, o mənim atamı döyəcək. Üstümə çox hücumlar oldu. Mən sadəcə uşağımı görüb çıxıb getmək istədim. Axı mən əxlaqsız qadınlardan deyiləm. O uşaqdan ötrü bilirsiz, başıma nələr gəldi?”

BAKU.WS
VİDEO