SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycandan olan model, Ruslana Gee kimi tanınan Ruslana Cavadova Amerikada striptiz dərslərinə yazılıb.

BAKU.WS Sputnik Azərbaycan-a istinadla bildirir ki, model bunu hər ehtimala qarşı, birdən müvafiq bir filmə dəvət alarsa, hazırlıqsız yaxalanmasın deyə edib.

Cavadova "Instagram" səhifəsində bildirib ki, bu günlərdə filmə çəkilmək eşqinə düşüb və striptizçi rolu üçün kastinqdə iştirak etmək məqsədilə müraciət edib.

"Hələlik mənim ərizəmə bir cavab verməyiblər, amma mən qərara aldım ki, əvvəlcədən striptiz öyrənim və hətta dərslərə də yazıldım. Dərs çox şən keçdi. Bircə onurğamla bağlı problem yarandı. Rəqs eləyəndə özünə hörmətin artır, özünü şir kimi hiss edirsən", - Cavadova qeyd edib.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

BAKU.WS
VİDEO