SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni Ramal İsrafilov olub.

Müğənni canlı efirdə maraqlı açıqlama verib:

“Atamla toylara bərabər gedirdik. 8 yaşım var idi, sintezator çalırdım. Sevilən ara mahnılarını toylarda ifa edirdim. Mən toya getməyəndə atam da getmirdi. Deyirdi ki, o getmirsə, mən də getmirəm. Mamam deyirdi ki, ona dəymə.

O vaxt toya 50 şirvana gedirdilər, mən isə 80 şirvanla gəlirdim. 30 şirvanı gizlədib, 30-nu da verirdim ki, olanı qalanı budur. Özümə o qədər şabaş basırdılar ki... Bütün şabaşları axırda evə gəlib tökürdüm yerə.

O qədər oxuyub-oynayırdım ki, tərləyirdim, hərdən belimə də yapışırdı. Bir də görürdün ki, mamam deyir, dayan-dayan, bir onluq qalıb, onu da çıxarım”.

BAKU.WS
VİDEO