VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Lətifə Soyuöz olub.

Vokal ifaçısı bəzi həmkarlarını məsxərə etdi:

“Bir çox xarici səfərlərə gedib konsertlər vermişəm. Xarici səfər deyəndə mən toyları nəzərdə tutmuram. Mənim getdiklərim dövlət tədbirləridir. Trenddə olan musiqini xaricə aparsaq, mən inanmıram ki, orada o mahnını dinləyən olsun. Ona görə də trendə çox da inanmıram.

Damla, Şəbnəm Tovuzlu və Vəfa Şərifovanı dinləmirəm. Mənim janrım deyil. Bu yaxınlarda Şəbnəm xanım məni şoka saldı. Saz ifası, daha sonra muğam ifasını eşitdim. Amma, o da bu gün tələbata görə davranır. Mən gündəmdə deyil, tarixdə qalmağa çalışıram. Janr baxımından rəqibim yoxdur”.

İfaçı həmçinin “Sınaq” adlı mahnısına çəkdirdiyi açıq-saçıq klipdən də danışdı:

“Bu klip viziyonu geniş olan insanlar üçün çəkilib. Peşəkarlarla çalışıram deyə onların mənə hazırladıqları kostyumlara da inanıram. Çalışırıq ki, bizə yaraşan bir şey olsun”.

BAKU.WS
VİDEO