SİZİN REKLAM BURADA!
055 213 76 73


Üç oğul anası olan Nura Suri övladlarından danışıb.
BAKU.WS xəbər verir ki, müğənni ARB-nin "Hüseynova bacıları" verilişində böyük övladı ilə arasında yaşanan narazılıq yaşadığını etiraf edib:

"Təhsil ən vacib olduğuna görə, təhsillə yanaşı idman və musiqi ilə də məşğul olublar. Bizim həyat tərzimiz belədir. Evdə mən necəyəmsə. uşaqlarım da elədir. Balaca oğlum David idman və musiqi ilə məşğul olur. Digər övladlarım da idmanla ciddi məşğul olurlar.

Oğlum magistraturanı Londonda bitirdi. Məşhur şirkətdə çalışır, Amerikada yaşayır. Ortancıl oğlum da oradadır. Mənim onların puluna ehtiyacım yoxdur. Qazanırlar, hərdən hədiyyə alıb göndərir. Mənə xoşdur. Əməyim hədər getmədi. Keçid dövründə aramızda problem oldu. Amma gəldi, oturduq danışdıq. Çünki düzgün tərbiyə alıblar. Hər şey yaxşıdır".

Aysel
BAKU.WS
VİDEO