VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyər" verilişində bir ilk yaşanıb. 

BAKU.WS xəbər verir ki, 4 yaşında keçirdiyi xəstəliyə görə danışa bilməyən 27 yaşlı Ümmü Gülsüm Genç adlı xanım yarışmada iştirak edib. Xanım iştirakçı sualların çoxunu bilərək 125 min TL mükafat qazanıb.

Cavabları lövhəyə yazaraq cavablandıran xanım yüksək nəticə göstərərək ölkədə gündəm olub. 

Ümmü Gülsüm Gençin müvəffəqiyyətindən sonra sosial şəbəkə istifadəçiləri "twit"ləri ilə ona dəstək verib.

"Twitter" istifadəçiləri Ümmü Gülsüm üçün "Gülüşü bütün Türkiyəyə ümid oldu", "Ruhunun gözəlliyi üzünə vurub" və "Əzmi hamımıza nümunə olmalıdır" kimi şərhlər yazıb.

BAKU.WS
VİDEO