SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin efirində yayımlanan “Elgizlə izlə” verilişinin bugünki buraxılışında əməkdar artist Yusif Mustafayevlə canlı bağlantı yaradılıb.
BAKU.WS xəbər verir ki, Əməkdar artist anasının ili çıxmamış dünyasını dəyişən atasından söz açıb və kövrəlib:

“Allah bütün ölənlərə rəhmət eləsin. Atam anamla bir-birlərinə ayrılmazlıqlarını sübut etdilər. Anamın ili çıxmamışdı, atam da dözmədi. Sözün həqiqi mənasında dözmədi. Mən də apardım atamı anamın yanına dəfn etdim. Onları son mənzildə də ayırmadım.

Sağ olsun dostlar, müğənni həmkarlar da gəlib başsağlığı verdilər. Müğənni dostum Baloğlan Əşrəfov gəldi, Elşad Qarayev də gəldi, Elçin Hüseynov gəldi, o həm də mənim qayınımdı. Bütün həmkarlar hamısı burdadılar, sənətçi dostlarıma minnətdaram. Rayonlardan, bölgələrdən gəlib dəfndə iştirak etdilər. Minnətdaram ki, xalqım mənə belə dəyər verir”.

BAKU.WS
VİDEO