SİZİN REKLAM BURADA!
055 213 76 73


Toya hazırlaşan aktrisa və müğənni Aynişan Quliyeva nişanlısı və fitnes məşqçiisi Kənan Əliyev toyöncəsi fotossessiya etdirib.

BAKU.WS xəbər verir ki, cütlük sözügedən fotosessiyadan görüntüləri sosial şəbəkədə paylaşıblar.

Aynişan video və fotoları bu sözlərlə paylaşıb: "Bu gecə sizə bu video ilə şirin yuxular arzu etmək istədim. Daxilinizdə yalnız və yalnız sevgi bəsləyin".
Kənan isə çəkiliş zamanı zamanı keçirdiyi hissləri belə ifadə edib: "Bir insanla göz-gözə baxışmanın verdiyi ülvi hiss".

Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə ötən ay nişanlanıb. Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər. Cütlüyün toyu fevral ayına planlaşdırılıb. Həm oğlan, həm qız toyu olacaq.

K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

Aysel
BAKU.WS
VİDEO

QALEREYA