SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevral ayında toyu olacaq Aynişan Quliyeva toy mərasimi ilə bağlı bəzi məqamları açıqlayıb.
BAKU.WS xəbər verir ki, gənc ifaçı artıq toy hazırlıqlarına başladıqlarını bildirib.

Həm qız, həm oğlan toyu edəcəklərini deyən Aynişan iki dəfə gəlinlik geyinəcək. O, hər iki məclis üçün fərqli libaslar seçib. 

Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın nişanlısının fitnes məşqçisi Kənan Əliyevdir. Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.

K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

Aysel
BAKU.WS