SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub.

Əməkdar artist qadın və kişi arasındakı fərqdən söhbət açıb:

“Qadın olmaq olar, ancaq xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq, bəzi şeylərdə qabağa düşürük. Amma əsil xanım olmaq qadın üçün çox çətindir. Biri var hörmət xatirinə tanımadığın birinə xanım deyirsən.

Biri də var ki, əsl xanımla danışanda ehtiyyatlı olursan. Qadın güləndə şaqqıldamamalıdır, 32 dişi görünməməlidir.

Qadının yerişi duruşu, ağlamağı, gülməyi xanım kimi olmalıdır. Amma o xanımlıq heç bir kitabda yoxdur ki, qadın götürüb onu oxusun. Və yaxud da deyirlər ki, əşi, “Kişi deyilsən?”. O kişilik kitabı hardadır, verin mən aparım oxuyum. O roman var? Yazılıb?”

BAKU.WS
VİDEO