SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən həftə nişanlanan müğənni Aynişan Quliyeva nişanlısı yeni fotosunu paylaşıb. 
BAKU.WS xəbər verir ki, "İnstagram" səhifəsində paylaşan səmimi görüntü çoxsayda bəyənilmə toplayıb. İzləyicilər yeni cütlüyə xoş sözlər ünvanlayıblar.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın nişanlısının fitnes məşqçisi Kənan Əliyevdir. Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.

K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

 

BAKU.WS