SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Roza Zərgərli övladlığa götürdüyü oğlu Corc Qafarovun bələdiyyə üzvü seçilməsinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, ifaçı seçkilərin demokratik keçirilməsinə yaradılmış şəraitə görə prezidentə təşəkkürünü bildirib: 
"Dünən ölkəmizdə keçirilən bələdiyyə seçkiləri zamanı mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Ölkəmizdə yaratdığı demokratik seçki abu-havasına, şəraitə görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. Oğlum məni bir ana kimi sevindirib. Corc yaradıcılıq uğurları ilə yanaşı başqa böyük bir siyası kareyasına başlayıb.
Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyüyüb, bizim ailəmizə daxil olub, təhsil alıb, daha sonra isə təhsilini ali məktəbdə davam etdirib, hərbi xidməti uğurla başa çatdırıb və bu gün yaradıcılıq fəaliyyəti ilə məşğul olur.

Həqiqətən də, Azərbaycanda demokratiyanın ən böyük göstəricisi gənclərə yaradılmış şəraitdır. Uşaq evində böyüyən, təhsil alan bir uşaq doğrudan da seçkili orqanda təmsil oluna bilər.
Gənclərə verilən qiymətə görə möhtərəm Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk".

Aysel
BAKU.WS
QALEREYA