SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hamı yaxşı düşünmür. Bizim də haqqımızda dedi-qodu oldu, amma bizə təsiri olmadı. Olmasaydı, ondan yaxşı idi".

BAKU.WS xəbər verir ki, bu sözləri Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadə ilə eşq yaşanması ilə bağlı dedi-qodulara münasibət bildirərkən deyib.

Sənətçi Türkanla sırf sənət ortağı olduğunu bildirib:

"Biz təzə-təzə oxuyanda bu söhbətlər oldu. Düzdür, eşq-məhəbbət elə bir mövzudur ki, şəraitə baxmır, hara gəldi burnunu soxur. Amma bizdə olmadı. Mən həmişə deyirəm, Türkanla bizim aramızda sırf sənətlə bağlı münasibət var. Arzu edirəm ki, inşallah Türkanın toyunda özüm canla-başla iştirak edim".

BAKU.WS
VİDEO