SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artistlər Elnarə Abdullayeva və Ruhəngiz Allahverdiyeva arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, Ruhəngiz xanım bir müddət əvvəl "Hər şey daxil" proqramında dövlətdən ev istəmişdi. Bunun ardınca Elnarə xanım "5-də5" proqramında dövlətdən ev istəyən həmkarlarını sərt şəkildə tənqid etmişdi.

Ruhəngiz xanım bu gün "Hər şey daxil" proqramına gələrək bu sözlərin onun ünvanına səsləndirildiyini deyərək, incikliyini bildirib.

Onun bu incikliyinin ardınca Elnarə Abdullayeva telefon vasitəsilə efirə bağlanaraq səsləndirdiyi fikirlərin yanlış anlaşıldığını söyləyib:

“Zaur proqramda mənə sual verdi ki, bir çox sənətçilər evlərini gizlədirlər, heç kimə göstərmirlər. Mən də söylədim ki, cavan vaxtımda dövlətimə yük olacamsa, məni Allah öldürsün. Əgər qocalacamsa, dövlətim mənə baxsın. Nə qədər ki, cavanam dövlətimə yük olmaq istəmirəm. Söylədiklərimi yaşlı nəslin sənətkarlarına şamil etməmişəm. Məndən də cavan sənətçilər var ki, artıq dövlətdən ev alıblar. Deməmişəm ki, evləri cavanlara versinlər. Əslində, danışdıqlarımla yaşlı nəslin nümayəndələri üçün yol açmışam. Elə danışırsız ki, guya şəxsi-qərəzliklə deyirəm ki, sənətkarlara ev verməsinlər. Nə vaxt yaşlı sənətçilərə ev verdilər, buna etiraz etdim? Qətiyyən, bu belə deyil. Bu cür danışmaq olmaz. Bu gün orada əyləşən sənətkarlar mənim evimə gəlsələr, heç vaxt belə evdə yaşamazlar. Mən deyirəm ki, evi olmayana, ehtiyacı olan insanlara ev versinlər. Mən cavanam, Allah mənə hələ bunu qismət etməsin. Dövlətimə belə xidmət edirəm. Dövlət mən yaşlananda mənə qayğı göstərər”.

Həmkarının bu sözləri də Ruhəngiz Allahverdiyevanın incikliyini aradan qaldırmayıb: 

“Elnarə elə danışdı ki, biz yolçu kimi göründük. Paltarlarım sənət əsərimdir. Mən müğənniyəm. 56 kvadartlıq evdə yaşayıram. Yaradıcı insanam, yatmalıyam, istirahət etməliyəm. Düz demədi, bəli, bizim ehtiyacımız var. Hər şey göz qabağındadır. Qoy, gəlsinlər yoxlasınlar. Mən müğənni olmasaydım, heç ehtiyac da duymazdım. Çünki yaratmalıyam. İndi deyəcəklər, bu yaşda nə yaratmalısan? Oğlum da deyir ki, evlənmək istəyirəm. Heç kimlə dava etmirəm və qəlbinə də dəymək istəmirəm. Hər şeyi də mədəniyyət və qabiliyyətlə həll etmək lazımdır”. 

Aysel
BAKU.WS
VİDEO