SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artistləri Nazpəri Dostəliyeva və Nurəddin Mehdixanlı kinoya çəkiliblər.

BAKU.WS xəbər verir ki, müğənni və aktyor Şirvan bölgəsinin məşhur aşıqlarından olan aşıq Şakirin həyatından bəhs edən Bir ömrün təntənəsi" adlanan filmində ər-arvad qismində tərəf müqabilidirlər.

Ekran işində N.Mehdixanlı aşıq Şakiri, N.Dostəliyeva isə onun həyat yoldaşını canlandırıb.

Filmin quruluşcu rejissoru Ruslan Hüseynov, layihə rəhbəri Ağayar Ağayev, quruluşçu operatoru isə Fahirdir.

Qeyd edək ki, filmdən eksklüziv kadrlar 17.12.2019 tarixdə, saat 21:00-da Zərifə Çobanzadəınin Lider TV-də yayımlanan "Kolorit" verlişində yayımlanacaq.

Aysel
BAKU.WS
VİDEO