SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayıb, fəaliyyət göstərən azərbaycanlı ekstasens və öncəgörücü Zirəddin Rzayev yerli ulduzlarla bağlı proqnoz verib.

BAKU.WS xəbər verir ki, Zirəddin "ATV Maqazin 10larla" proqramında xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və Röya Ayxanı yaxın gələcəkdə nələr gözləyəcəyini açıqlayıb:

A.Kazımova: 2020-ci ildə sənətində yüksəlişlər olacaq. Uğura nail olacaq. 2020-ci il Aygün üçün uğurlu ildir. 2020-ci ildə sağlamlığında problemlər olacaq. Bunu mən sizə deyirəm. Məsləhət görürəm ki, sağlamlığını nəzarətdə saxlasın. Şəxsi həyatında hələ ki sakitçilikdir.

R.Ayxan: Röyanın həyatında ciddi dəyişikliklər görmürəm. Amma elə bir insan olacaq ki, onun həyatında çox önəmli bir rol oynayacaq. Gizli və məxfi sevgi görürəm. Avtomobillə bağlı Röya gərək çox ehtiyatlı olsun. 2-3 ildən sonra karyerasında yenidən problemlər yarana bilər.
F.Ağayev: 2020-ci ildən sonra Faiq Ağayevin karyerası ilə bağlı başqa bir səmtdə yenilik ola bilər. Biznes aça bilər, vəzifəyə gedə bilər. Çünki 2020-ci ildən sonra Faiqin qarşısında öz sahəsinə aid olmayan bir iş çıxır. Musiqidən uzaqlaşmayacaq, ömrünün sonuna kimi bu sənətdə özünü göstərəcək.

Zirəddin hələ də fəxri adı olmayan Nadir Qafarzadənin tezliklə fəxri ada layiq görüləcəyini də proqnoz verib.

BAKU.WS
VİDEO