VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin "BizimləSən" proqramında talehi müzakirəyə çıxarılan Günay adlı qadın aparıcını qəzəbləndirib.

BAKU.WS xəbər verir ki, iki uşağının atasından boşanan qadın Ramin adlı gənclə vətəndaş nikahında yaşayır və bu bərabərlikdən də bir övladı var.

Hazırda Günayın eks həyat yoldaşı uşaqların vəlayətini almaq üçün hüquqi addımlar atır, üstəlik də sevgilisinin anası oğlunu ondan ayırmaq üçün dəridən-qabıqdan çıxır. Münaqişə o həddə çatıb ki, eks ər ATV-nin binasında Günayın sevgilisi Ramin tərəfindən döyülüb.

Bir sözlə, Günayın mövzusu 1 aydan artıqdır efirdə müzakirə olunur və Z.Baxşəliyev bu müddətdə ona dəfələrlə maddi yardım etdiyini dilə gətirib. Bunu efirdə səsləndirməyə isə Günayla Raminin hərəkətləri olub. Belə ki, onlar dünən efirə gəlməkdən imtina ediblər və onlara zəng vuran verilişin əməkdaşlarını təhqir ediblər. 

Baş verənlərdən sonra Z.Baxşəliyev efir vasitəsilə Günaya bu sözlərlə səslənib:

"Günay, sən odla oynayırsan! Mən sənə nə qədər dəstək oldum, bunu özün də bilirsən, Ramin də. Bir Günaya dəstək olduq, şəxsən mən öz əlimlə balalarına da, özünə də dəfələrlə kömək etmişəm. Biz indi Günaya zəng vururuq, Ramin telefonu qaldırıb, bizim əməkdaşları söyür və təhqir edir".

BAKU.WS
VİDEO