SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, 85 yaşlı sənətkarın ürəyində problemlər yaranıb.

Hazırda həkim nəzarətində olduğunu bildirən Ceyran Haşımova vəziyyətinin stabil olduğunu deyib.

Xatırladaq ki, Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 Mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət "Lalə" qızlar ansamblını yaradıb. Cehran Haşımovanın rəhbərliyi ilə "Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər verib, milli musiqimizi təmsil edib.

 

BAKU.WS