SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin məşhur "Güneşin kızları" serialının qəhrəmanları Sevgililər gününə özəl müsahibə veriblər. 

BAKU.WS məlumat verir ki, Hande Erçel və Tolqa Sarıtaş haqlarında sevgili olmaları ilə bağlı yayılan şayiələrə aydınlıq gətiriblər:

"Rolumuzu çox bəyənirlər və bizi bir-birimizə yaraşdırırlar. Rolumuzu o qədər gözəl oynayırıq ki, istəyirlər real həyatda da serialdakı kimi olaq. Ona görə belə fikirlərin səsləndirilməsi normaldır. Biz ilk gündən çox yaxşı dostlaşdıq. Bəlkə də buna görə rolumuz uğurlu alınıb". 
 
Hande Erçelin rolundan danışarkən bildirib ki, gözəl eşq yaşadığı üçün rolu belə həqiqi alınıb: "Filmdə hər kəsin diqqətini çəkən sevgi hekayəsi var. Buna görə də maraqla izlənir. Gözəl bir sevgi yaşamışam. Ona görə də obrazımı belə həqiqi oynayıram".
 
Tolqa Sarıtaş isə pərəstişkarlarının çox olduğunu bildirib: "Mənə qarşı böyük sevgi və diqqət var. İnsanlar məni sevir. Bunu sosial şəbəkələrdə və küçədə gəzərkən görürəm. Canlandırdığım obraz gənclərin xoşuna gəlir".
 
Qeyd edək ki, Hande Erçel üç il əvvəl Azərbaycanda təşkil edilən "Miss Cilivaliton of the World" gözəllik yarışmasına qatılıb və ikinci olub. 

BAKU.WS