SİZİN REKLAM BURADA!
055 213 76 73


"Afaq Bəşirqızını sevirəm. Çox istəyərdim ki, millət vəkilimiz olsun".

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Elektra Hall”da konsert öncəsi media nümayəndələri ilə söhbətində danışıb.

Röya müsahibəsində növbədənkənar parlament seçkiləri ərəfəsində namizəd olması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Afaq Bəşirqızını sevirəm. Çox istəyərdim ki, millət vəkilimiz olsun. Faiq Ağayev də, Elza Seyidcahan da, bir sözlə kim istəyirsə, deputat olsun. Mənim isə deputat olmaq niyyətim yoxdur, yerimdən məmnunam. Bütün deputatlara da hörmətim var”.  

Millət vəkili Qüdrət Həsənquliyev noyabırın 14-də keçirilən Milli Məclisin plenar iclasında “Müğənnilərin 10-15 min manata toylara gedib, 30 manat vergi ödəyirlər” açıqlamasına Röyadan sərt reaksiya gəlib: 

“Bizim vergimiz 30 manat deyil. Reklamlara çəkilirik. Aldığımız qonorarlar köçürmə yolu ilə banklarla həyata keçdiyi üçün hamı bilir, nə qədər qazanırıq, vergi də elə ödənilir.

Qaldı ki, onların arasında düşünmədən söz deyən bizim hörmətli millət vəkillərimizə demək istəyirəm ki, əgər mən bir gündə dörd dəfə toya gedirəmsə, iki toydan aldığım qonorar işimə (makiyaj, saç, geyim, yanında çalışan köməkçilər - red.) xərclənilir. Onlar özləri də bunu çox gözəl başa düşürlər. Qalanı isə nə deyirlərsə, biz vergimizi ödəyirik. Əgər bir problem varsa, onu aşkarlasınlar, az veririksə, çox ödəyək”.  

BAKU.WS
VİDEO