SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" proqramında sevgilisi və oğlu ilə bağlı verdiyi açıqlamasını təhrif edib.
 
BAKU.WS məlumat verir ki, aktrisa Facebook hesabında bunları yazıb:
 
"Ay mənim padruşqalarım, əzizlərim! Gördüyünüz kimi mənim 1 günün içində gündəmə gəlib, bütün Azərbaycanın qlobal mövzusuna çevrilməyim üçün 1 dəqiqəlik şou bəs elədi. Mən illərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Jurnalistlərin çoxu qalmaqal axtarışındadır. İndi mən sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır".
 
Qeyd edək ki, bir neçə gün əvvəl "Zuhal Topalla izdivaç" proqramında Sədaqət Dadaşovaya bir kişi zəng edərək uzun illər bundan əvvəl onunla eşq yaşadığını bildirib. Aktirisa həmin şəxsin Asif adlı kişi olduğunu, 27 il əvvəl onunla eşq yaşadığını, 7 illik münasibətdən sonra ondan bir oğlu olduğunu açıqlayıb.
 
BAKU.WS