VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Xalq artisti Brilliant Dadaşova bacısı Sədaqət Dadaşovanın "Zuhal Topalla İzdivaç” evlilik verilişində qalmaqallı çıxışına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, hazırda Türkiyədə olan ifaçı ANS PRESS-ə bildirib ki, Sədaqət xanım türk dilini yaxşı bilmədiyi üçün anlaşılmazlıq olub. 

"Sədaqət türk dilində danışa bilmir. Əfsuslar olsun ki, o, öz fikirlərini izah edə bilmir. Xoşagəlməz şeylər ortaya çıxır. Onun üçün də belə cəfəngiyyat ortaya çıxır”. 

Brilliant Dadaşova əlavə edib ki, bacısı ilə birlikdə Türkiyədə bir evdə qalır. İfaçı hazırda Türkiyədə bir neçə mahnı aranjiman etdirdiiyi üçün orada olduğunu bildirdi.

Ötən gün Brilliant Dadaşovanın bacısı, aktyor, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivac" proqramında qalmaqallı açıqlama edib. 
 
BAKU.WS