VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada izlənmə rekordları qıran "Taxt oyunları" serialının ulduzu Emilia Klark ekran işindəki rolu ilə bağlı maraqlı etiraflar edib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, gənc aktrisa açıq-saçıq səhnələrdən əvvəl ağladığını dilə gətirib.

"Sevişmə səhnələrindən əvvəl tualetə girib, ağlayırdım. Daha sonra qayıdırdım və həmin səhnəni çəkirdik", deyə, o bildirib.

O, belə səhnələrdə yer almaq istəmədiyini desə də, çəkiliş heyətinin onu buna məcbur etdiyini bildirib:

"Bu davranışın pərəstişkarlarını məyus edəcək" deyirdilər. Mən də məcbur olurdum. Rolu qəbul etdikdən sonra mətni göndərdilər. Çətin olduğunu anladım. Atama ilk beş bölümü izləməməsi ilə bağlı xəbərdarlıq etdim".

BAKU.WS