SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub. 

BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb. 

Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib: 

"Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".

Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
BAKU.WS
VİDEO