SİZİN REKLAM BURADA!
055 213 76 73


Şairə Nazilə Səfərli "Maşın Şou"nin qalib Suna Kasımoğlunun avtomobilində çəkilmiş görüntüləri müzakirələrə səbəb olub.

BAKU.WS
xəbər verir ki, videoda Suna xanımın yanında əyləşən Nazilə xanım ona zarafatla belə deyir: "Suna xanım, zəhmət olmasa bulvara sürün, istirahət etmək istəyirəm".

Videoda Səfərlinin sərxoş olduğunu düşünən izləyicilər onu tənqid ediblər.

Nazilə onu içkili olmaqda günahlandıranlara belə cavab verib:

"Deməli belə, dünən Suna xanım maşınını avtosalondan sürdü və mənə dedi ki, sən rəislər kimi arxada otur mən sürücü olum. Mən də özümü ömrümdə bir dəfə rəis kimi aparmaq istədim, deyəsən alınmadı. Yox qardaş, mənimki ömür boyu fəhləlik olub. Sürücüdən rəis olmaz. İçkili deyiləm, çünki spirtli içkidən uzağam! İçsəm sizdən qorxmuram. Gürcüstanlıların əksəriyyəti içir, içməyənə pis baxırlar. Danışıgınıza fikir versəniz pis olmaz".

Aysel
BAKU.WS
VİDEO