SİZİN REKLAM BURADA!
055 213 76 73


"Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı verilişə yardım üçün gələn Mələyin 11 aylıq körpəsini övladlığa götürmək istəyindən vaz keçib. 

BAKU.WS xəbər verir ki, aparıcı işinin çoxluğundan bunu edə bilməyəcəyini bəyan edib:

"Bu ağır işim olmasaydı Həvvanı götürüb saxlayardım. Bunu evdə də müzakirə etdik. Dost-tanışlar da bu barədə danışdıq. Mən ona analıq qayğısı göstərə bilməyəcəm". 

Aparıcı bu qərarını açıqladıqdan sonra Həvvanın anası Mələklə birlikdə uşaq sığınacağına yerləşdiriləcəyini bildirib.

Xatırladaq ki, ərindən şiddət gördüyünü deyən Mələk işləmək istədiyini, lakin uşağa baxacaq kimsəsinin olmadığı üçün sığınacağa vermək məcburiyyətində qalıb. Balaca Həvvaya heyran olan Xoşqədəm Hidayətqızı uşağı övladlığa götürərkən anasına da öz evində sığınacaq verəcəyini açıqlamışdı.

Aysel
BAKU.WS
VİDEO