VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı verilişə yardım üçün gələn Mələyin 11 aylıq körpəsini övladlığa götürmək istəyir. 

BAKU.WS xəbər verir ki, balaca Həvvaya heyran olan aparıcı həyat yoldaşı Doğuşa zəng vuraraq körpəni evə gətirmək üçün ondan icazə istəyib:

"Həyatım, aşkım, mən bu uşağı evimizə gətirmək istəyirəm. Bilsən məni necə sevdi?! Mənə gülür, məni qucaqlayır, öpür. Arda, Arın çox sevinəcək. Üç oğlumuz var, qızımız da olsun. Mən qız istəyirəm".

Doğuşun cavabı belə olub: "Uşağı anasından ayırma".

Xoşqədəm Hidayətqızı uşağı anası ilə bərabər öz evinə yerləşdirmək istədiyini deyib:

"Anasının əlindən almıram. Anasını işə düzəldəcəm, gedib işləyəcək. Bizim uşaqlarla bərabər böyüyər. Anasının gözünün önündə olacaq, heç ayırarammı?". 

Xatırladaq ki, Mələk 11 aylıq körpəsini sığınacağa vermək istədiyini bildirib. Ərindən şiddət gördüyünü deyən Mələk işləmək istədiyini, lakin uşağa baxacaq kimsəsinin olmadığı üçün sığınacağa vermək məcburiyyətində qaldığını söyləyib.

Aysel
BAKU.WS
VİDEO