SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova şou-biznes aləmində baş verənləri qəbul edə bilmir.

BAKU.WS
xəbər verir ki, Dadaşova şou-biznes aləmində sənətçilər arasındakı qalmaqalları anlamadığını deyib:

"Bu gün bir-birinin üzünə tüpürüb, sabah qucaqlayanları görüb təəccüblənirəm. Bir-birinə insanı keyfiyyətlərdən uzaq olan sözlər deyənlər, sabah qucaqlaşır, barışır. Barışmaq əziz insanlara - ata-ana, bacı-qardaşa aiddir. Sənətdə dost ya yaxşıdır, ya da deyil. Küsüb-barışmaq anladım ki, gündəmdə qalmaq üçündür. Bunlar tamaşaçının gözü qarşısında simasızlıqdır".

Xalq artisti bəzi insanların onun olduğu məkana daxil olmasına icazə vermədiyini bildirib:

"Elə insanlar var ki, onlar olan yerə getmirəm. Onlar olan atmosferdə yer almağı özümə layiq bilmirəm. Sənəti olmayanlar səhnədə sponsor, day-day, sevgili gücünə sənin yanında dayanırlar. Sonra da pis simalarını göstərirlər. Haqq özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin.

Elə insanlar var ki, mənim olduğum məkana onların gəlməsinə icazə vermirəm. İnanıram ki, o dünyada da ayrı məkanlara düşərik. Kiminsə mərhum valideynini söyən, təhqir edən, şərə əl atan insanlar mən olan yerdə olmayacaqlar. Məni olmadığım kimi tamaşaçıya təqdim etmək üçün bəzilərinə pul verib, məni gözdən saldırıblar. Təəccüblənirdim ki, belə insanlar var?".

Aysel
BAKU.WS
VİDEO