SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Təranə Qumral ilk dəfə efirdə keçmişindən danışıb. 

BAKU.WS
xəbər verir ki, 5 yaşından anasız qalan sənətçi "Şou ATV" proqramında acı uşaqlığından və ilk həyat yoldaşından söz açıb.

"Atamız dəmir yolunda işləyirdi, elə olurdu gecələr də evə gəlmirdik. Çox qorxurduq. Bir tıqqıltıdan da qorxurduq. Göy guruldayanda elə bilirdik göy yerə, evin içinə töküləcək. Qaçıb stolun altında gizlənirdik. Stolun altında sığınacaq tapırdıq. 

Məktəbə gedəndə düşünürdük ki, bəlkə bizim də anamız olsaydı, bizim də saçımızı belə gözəl hörərdi, belə gözəl geyinərdik.

Birinci həyat yoldaşım çox gözəl, əvəzsiz bir insan olub... Musa ilə gənc yaşımda ailə qurdum. Bəlkə də bu mənim gəncliyimin səhvi idi... Bir dəfə ailəm dağılmışdı deyə, istəmədim ikinci də ailəmi dağıdım. Qısqanc həyat yoldaşı ilə bir ömür boyu addımlamaq asan deyil. Artıq 26 ildir, bundan sonra da nə deyirlər desinlər, biz ayrılası deyilik. 

Musanın yolunda canımı qoymuşam. İçkini tərgitdirmək üçün saçımı süpürgə etmişəm. İçirdi özünə də, bizə də ziyan verirdi. evi-eşiyi dağıdırdı. Döyən deyil, bir az söyüşcüldür. Adi bir əşyanı söyür, yol gedərsə, yolu söyür. 

Bilirsiz, bir ara Musanı öyrətdilər, barəmdə artıq-əskik danışdı. Saflığına düşdü, ama tez ayıldı. Anladı ki, həmin insanlar onu istəməyənlərdir, ailəsinə-həyatına son qoymaq istəyənlərdir. 

Musanı içdən, daxilən tanıdığım üçün bağışladım. Kim mənə nə dedisə, mən onu bağışladım".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO