SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Musa Musayev və onun ailəsi olub.

Qızının aldığı geyimlərdən söz açan Təranə Qumral efirdə qızını pərt etməsindən danışıb:

“12 il bundan öncə qızım həyat yoldaşı ilə paltar almağa getmişdilər. Gələndən sonra gördüm ki, qızım Qumral ağlayır. Soruşdum nə məsələdi, dedi ki, orada bir paltar vardı amma Natiq (Təranə Qumralın kürəkəni) o köynəyi mənə almadı.

Maraqlandım ki, pulu olsa da, almayıb. Düşündüm ki, yəqin ki, paltarın problemi var. Məlum oldu ki, paltarın kürək hissəsi çox açıqdır, ona görə də Natiq bu paltarı almaq istəməyib. Mən dedim ki, get al gətir, sağ olsun sözümü yerə salmadı, kürəkən gedib alıb gətirdi.

Evdə geyindirdim, dedim ki, bu nə paltardı, sən görməmişsən? Heç bu paltarı küçədə pis fikirli insanlar geyinmir. Sonra aparıb paltarı qaytarıb əvəzində başqa şeylər aldılar”.
BAKU.WS
VİDEO