SİZİN REKLAM BURADA!
055 213 76 73


Yerli şou-biznesin azsaylı ailəli xanımlarından olan müğənni Xuraman Şuşalının ailəsinə zərər vermək istəyənlər var.

BAKU.WS
xəbər verir ki, sənətçi bu barədə "İnstagram" hesabında yazıb.

O, paylaşdığı ailə görüntülərinə belə bir şərh verib:

"Rəbbim, özün məni və ailəmi mərdimazarlardan, pis insanlardan qoru! Bu gün səssiz və ancaq ailəmlə maraqlansam da, onların daşını başına döyənlər çoxdur.

Görəsən niyə, nə etmişəm? Heç Allahın qəzəbindən qorxmursunuz? Allah səbr edənləri sevər. Haqqıma girənlər, sizi Allaha buraxdım. Qoy, cəzanızı versin. Sizə ayırmağa vaxtım yoxdu. Allah sevənlərimi var eləsin".

Qeyd edək ki, X.Şuşalının həyat yoldaşı Elçin Məmmədov televiziyaçıdır. Hazırda İTV-də çalışır. Cütlüyün iki oğlu, bir qızı var.

Aysel
BAKU.WS
VİDEO