VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Manaf Ağayev Xəzər TV-nin "5-də 5" proqramında məclislərin birində şahidi olduğu hadisəni xatırlayıb.

BAKU.WS
xəbər verir ki, ifaçı xanım həmkarı Ülviyyə Namazovanın ona təklif olunan pulu pul qarşılığında özünü satmadığını barəsində şahidi olduğu hadisəni danışıb:

"Əsgər adlı dostumuz var, bizi qonaq çağırmışdı. Gəlib gördük ki, məclisdə başqa insanlar da var. Ülviyyə də bizimlə oturmuşdu. Başqa masada əyləşən adam xəbər yolladı ki, 5 min dollar verirəm, xanım gəlib bizim masada otursun.

Oxumaq üçün yox, oturmaq üçün bu pulu verirdi. Yəqin ki, özünü göstərmək istəyirdi. Mənə də maraqlı idi ki, xanım gedib oturacaq, ya yox? Vallah, elə sifət göstərdi ki, dedim sənə Füzuli çörəyi halal olsun. Ləzzət elədi! Durub getsəydi pis olacaqdım. Bəlkə də, başqası pulun xatirinə gedib oturacaqdı”.

Aysel
BAKU.WS
VİDEO