VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallının həyat yoldaşı, fitnes-trener Kamil Zeynallı qızı Sahilə ilə birlikdə Tolikin "Hər şey daxil" proqramının qonağı olub.

BAKU.WS xəbər verir ki, Tolik studiyaya Maks adlı itini də gətirən Kamilə belə deyib: 

"Kamil, sənin bir heyvana bağlanacağına inanmazdım. Övlad insanı çox şeyə məcbur edər. Bu boyda kişini iməklətdirmək balaca iş deyil. O gün baxıram, Şəbnəm Tovuzlunun evində, yaşda da az deyil, iməklətdirir. Amma sənin boynuna Sahilədən və Gülaydan başqa heç kəs minə bilməz".

Fitnes-trener qızı çox istədiyi üçün it saxladığını deyib:

"Heç vaxt ağlıma gəlməzdi ki, heyvan saxlayaram. Bunun səbəbkarı qızımdır. Xeyr, arvada da icazə vermərəm. Bu həyatda bir tək qızım çıxıb boynumda da oturar, başımda da. Çünki həyatda uşaqlarımıza görə yaşayırıq".

Aysel
BAKU.WS
VİDEO